03.06.2025
03.06.2025-ci il tarixdə Oğuz rayon Mərkəzi Kitabxanasında "Korrupsiyaya yox deyirik" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Oğuz rayon MKS-nin əməkdaşları və şəhər ictimaiyyəti iştirak edib.
Çıxış edənlər tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığını, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, sosial ədalətə ciddi təhlükə yaratdığını, iqtisadi və sosial inkişafı ləngitdiyini, əlverişli biznes mühitinin yaranmasına mane olduğunu bildiriblər.
Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğu vurğulanıb və bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırılıb.
Həmçinin ölkəmizdə insanların sosial rifahını və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirildiyi bildirilib.