21.05.2025
21 may 2025-ci il tarixdə Qəbələ rayon Uşaq İncəsənət məktəbi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə hesabat konserti keçirilib.
Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilən konsertdə məktəbin şagird və müəllimlərindən ibarət ansamblın ifasında dahi bəstəkar Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Arif Məlikov, Müslüm Maqomayev, Vasif Adıgözəlov, Elza İbrahimovanın va bir sıra bəstəkarların əsərləri ifa olunub, həmçinin məktəbin rəqs kollektivi tərəfindən milli rəqs nümunələri göstərilib.
Tədbirdə Qəbələ rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, YAP-nın rəhbər şəxsləri, mədəniyyət işçiləri və şəhər ictimaiyyəti iştirak edib.