19.05.2025
"Konstitusiya və Suverenlik İli” çərçivəsində Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə mayın 19-da “Konstitusiyaya sədaqət, kitaba hörmət” adlı kitab bayramı keçirilib.
Tədbirdə Qax rayon İcra Hakimiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, rayon ziyalıları, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və məktəblilər iştirak edib.
S.Vurğun adına Qax rayon
Mədəniyyət Mərkəzində təşkil edilən sərgidə qonaqlar “Heydər Əliyev-102”, “Zərifə Əliyeva”, “Konstitusiya və Suverenlik İli”, “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır”, “Əsrləri aşan kitablar”, “Suverenliyə yol açan gənclik”, “Mədəni irsimiz”, “Qaxlı yazarlar” və digər mövzuları əhatə edən kitab sərgiləri ilə tanış olublar.
Tədbirdə kitabxana sahəsində xidmətlərinə görə fərqlənən işçilərə təşəkkürnamə təqdim olunub, Qax rayon Mədəniyyət Mərkəzinin və Uşaq İncəsənət məktəbinin hazırladığı konsert proqramı ilə tədbir davam edib.