25.05.2018
25 may 2018-ci il tarixində M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən I Biləcik kənd folklor evi, 24 saylı kitabxana filialı və I Biləcik kənd tam orta məktəbi birlikdə “Güclü Azərbaycan Dövləti” adlı konsert proqramı təşkil etmişdirlər. Tədbir Azərbaycan Republikasının Dövlət Himni ilə açıq elan olundu. Daha sonra I Biləcik kənd tam orta məktəbinin müəllimi Ramiz Bədiyev Cümhuriyyətin 100 illiyi ilə əlaqədar geniş məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti yarandı və həmin gün Azərbaycan Demokratik Respublikası elan olundu. Bu gün gənclərin qarşısında bir məqsəd var. O da Vətənimizin bütövlüyü və suverenliyini xalqın birliyi naminə əldə saxlamaqdır.
I Biləcik kənd folklor evinin bədii rəhbəri müğənni İlham Mazanov “Azərbaycan” mahnısı ilə tədbir iştirakçılarını salamladı. Məktəbin VII sinif şagirdləri Nəsibova Aysun “Azərbaycan”, Sona Abdullayeva “Ey qəhrəman Azərbaycan” XII sinif şagirdləri Səba Həşimova “Vətandaş”, Qumru Əhmədova “Azərbaycanım mənim”, Gülçin Allahverdiyeva “Azərbaycan” şeirlərini səsləndirdilər. “Çırpınırdı Qara dəniz” mahnısını Şəhla, Sona, Səba, Qumru səsləndirdilər. I Biləcik kənd folklor evinin bədii rəhbəri İlham Mazanovun ifasında səsləndirilmiş mahnılar tədbir iştirakçıların zövqünü oxşadı. Tədbirdə 24 saylı kitabxana filialının müdiri Məkkə Məmmədova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və xalqımıza firəvanlıq, əmin-amanlıq arzuladı.
Tədbirin sonunda folklor evinin direktoru Zərnişan Həsənova tədbir iştirakçılarının diqqətinə onu da çatdırdı ki, xalqımız üçün böyük tarixi əhəmiyyətə malik olan bu müsəqilliyimizi öz canımız, qanımız bahasına əldə etmişik. Tədbir konsert proqramı ilə davam etdirildi.