08.05.2025
Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin rəhbərliyi və əməkdaşları Şəki şəhər Heydər Əliyev Mərkəzində ekskursiyada iştirak edib.
Ekskursiya çərçivəsində Ulu öndər Heydər Əliyevin Azərbaycanın rifahı naminə apardığı uzaqgörən siyasətini, zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar haqqında geniş məlumat verilib.