30.04.2025
29 aprel Beynəlxalq Rəqs Günü münasibətilə konsert keçirilib
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 29 aprel "Beynəlxalq Rəqs Günü" və Şəki şəhər Uşaq İncəsənət məktəbinin müəllimi xareoqraf Xumar Əsədovanın 20 illik yubileyi münasibətilə " Rəqsin Xumar nağılı" adlı konsert keçirilib.
Şəki şəhər Dövlət Dram Teatrında baş tutan konsertdə Şəki şəhər İH-nin və Şəki Zaqatala RMİ-nin rəsmiləri, Şəhid ailələri, qazilər, mədəniyyət işçiləri və şəhər içtimaiyyəti iştirak edib.
Konsert proqramında Xumar Əsədovanın yaradıcılığını və bu günün önəmini əks etdirən videoçarx nümayiş olunub, X.Əsədovanın və şagirdlərin ifasında müxtəlif rəqs nümunələri göstərilib. Həmçinin, Fərqanə Salamova, Vüqar Rüstəmli, Hakim Əkbərov, Sərxan Hüseynli, Nuri Kərimli, Yusif Yusiflinin ifasında musiqilər səsləndirilib.
Dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunur.
Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir.
Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.