Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq İncəsənət Festivalına start verilib

21.04.2025

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi,  Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalının I mərhələsinə Şəki-Zaqatala regionunda start verilib. 



Festivalın l mərhələsində iştirak etmək üçün Şəki-Zaqatala regionu üzrə ümumilikdə 846 nəfər fərdi və 20 kollektiv qeydiyyatdan keçib.

 

Festivalın seçim mərhələsində qeydiyyatdan keçmiş iştirakçılar müxtəlif nominasiyalar üzrə istedadını nümayiş etdirəcəklər.

Növbəti günlərdə də seçimlər davam edəcək və müxtəlif janrda musiqilər, klassik simli alətlər, xalq çalğı alətləri, qarmon, piano ifaçılığı və digər nominasiyalar üzrə seçimlər olacaq.

Qeyd edək ki, festivalın seçim mərhələsi Şəki-Zaqatala regionu üzrə 6 may tarixə qədər davam edəcək.