Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin hesabat iclası keçirilib

14.04.2025

14 apreldə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin 2025-ci ilin I rübünə dair hesabat iclası keçirilib. 

 

İclasda Şəki-Zaqatala RMİ-nin rəhbərliyi, əməkdaşları və strukturuna daxil olan müəssisə rəhbərləri iştirak edib. 

 

Zaqatala şəhər Heydər Əliyev Mərkəzində keçirilən iclasda çıxış edən RMİ-nin rəisi Emil Bədəlov 2025-ci ilin I rübündə görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib. Daha sonra idarə əməkdaşlarının və müəssisə rəhbərlərinin hesabatları dinlənilib, idarə rəhbərliyi tərəfindən tapşırıq və tövsiyələr verilib.