03.03.2025
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 5 mart 2025-ci il tarixdə, Qax rayonu Qaxingiloy kənd Mədəniyyət evində “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Zabit Nəbizadə ilə görüş keçiriləcək.
Qax Mədəniyyət Mərkəzində baş tutacaq görüşdə muğam sənətinin tədrisi, muğam ifaçılığı, konsert yaradıcılığı, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparılacaq. Müxtəlif muğam kompozisiyaları təqdim olunacaq.