26.02.2025
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 26 fevral “Xocalı faciəsi” ilə bağlı silsilə tədbirlər keçirilib. Keçirilən tədbirlərdə, soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidələr ziyarət edilib. Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri qoyulub, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Keçirilən tədbirlərdə müəssisələr tərəfindən hazırlanan və Xocalı faciəsini əhatə edən videoçarxlar nümayiş olunub.
Çıxış edənlər Xocalı soyqırımının xalqımızın yaddaşında heç zaman unudulmayan bir tarix səhifəsi olduğunu bildiriblər. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
“Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində işğalçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün artıq Xocalı sakinləri işğaldan azad edilmiş doğma yurd-yuvalarına, Vətənlərinə geri qayıdırlar”- deyə bildirib.