11.02.2025
Qəbələdə "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
Fevralın 10-də Qəbələ rayon Heydər Əliyev Konqres Mərkəzində Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və "Gilan"ın dəstəyi ilə başlayan "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib.
Festivalda "Qaytağı" instrumental ansamblının, solistlər: Xalq artisti Ənvər Sadıqov (akkordeon), əməkdar artist Emil Əfrasiyabın (piano) ifalalarında zövq oxşayan musiqi nümunələri tamaşaçılar təqdim edilib.
Qeyd edək ki, festivalın təntənəli açılış mərasimi 7 fevral tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilib. Dört gün davam edən festivalda Azərbaycan Respublikasının Xalq artistləri: Fərhad Bədəlbəyli və Murad Adıgözəl-zadə, əməkdar artisti, drijor Fuad İbrahimov və dünyanın müxtəlif ölkələrindən gələn məşhur solistlərin və ansambılların ifalarında milli və dünya musiqi nümunələri səsləndirilib.
2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri yenidən bir araya gətirən “Qış nağılı” musiqi bayramında Azərbaycanla yanaşı, Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Rusiyadan dünyaşöhrətli musiqiçilər - ifaçı və dirijorlar, musiqi kollektivləri çıxış ediblər.