Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qış nağılı” Beynəlxalq Musiqi Festivalı davam edir

09.02.2025

Qəbələ “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı üçüncü gündündə konsert proqramları ilə davam edir. 

 

Festival çərçivəsində fevralın 9-də saat 16:00-da Qəbələ rayon Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara kamera konserti təqdim edilib.

 

Kamera musiqisi axşamında tamaşaçılara əməkdar artist Fuad İbrahimovun dirijorluğunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli (piano), Xalq artisti Murad Adıgözəl-zadə (piano), Yeganə Axundova (piano), Nəzrin Aslanlı (violin) və Nigar Cəfərovanın (soprano) ifasında rəngarəng musiqilər təqdim edilib. 

 

Axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində davam edən festivalda Aydar Qaynullin və "Eyforiya" ansamblının- Aydar Qaynullin ( akkordeon, vokal, bəstəkar), Svetlana Bezotosnaya ( violin, vokal), Aleksandr Muravyov ( kontrzbas), Aleksey Vaqner ( gitara) və Sergey Şamovun (zərb alətləri) ifaları ilə üçüncü günün konsert proqramı başa çatıb.

 

Qeyd edək ki, festivalın təntənəli bağlanış mərasimi fevralın 10-da Qəbələ rayon Heydər Əliyev Konqres Mərkəzində keçiriləcək.