25.05.2018
25 may 2018-ci il tarixdə II Biləcik kənd diyarşünaslıq klubunda “Yenilməz xalqım” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunmuşdur. Daha sonra diyarşünaslıq klubunun müdiri Zinyət Nizaməddinova tədbirdə çıxış edərək Respublika Günü haqqında tədbir iştirakçılarına məlumat vermiş və bu gözəl gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişdir. II Biləcik tam orta məktəbin şagirdləri İmamhüseyinova Gülxar, İmamhüseyinov Toğrul, Məmmədova Xumar, Qədirov Vüqar əllərində yenilməz bayrağımızı tutaraq bayrağa və Azərbaycana həsr olunmuş şeirlər səsləndirmişlər. Tədbir klubun bədii özfəaliyyət kollektivinin rəngarəng çıxışı ilə başa çatmışdır.