Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İftixar günümüz”

25.05.2018

25 may 2018-ci il tarixdə M.F.Axundzadə adına Göybulaq kənd folklor klubunda  Respublika Gününə həsr olunmuş “İftixar günümüz” adlı konsert proqramı təşkil olunmuşdur.  Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra  folklor klubun müdiri İslam Mürsəlli tədbir iştirakçılarını salamlayıb Respublika  Günü  münasibəti ilə hər kəsi ürəkdən təbrik etmişdir. Uşaq birliyinin rəhbəri Pərvanə Musayeva  hər kəsi təbrik etmiş və sözü  məktəbin şagirdlərinə verdi. Şagirdlərdən  Sima Musayeva,  Lalə Ramazanov, Hacıbala Mürsəlli, Samir Musayev Azərbaycana, Vətənə aid şeirlər səsləndirmişlər. Daha sonra  səhnəyə Azərbaycan Respublikasının  Şanlı Bayrağı gətirilmiş, şagirdlər bayrağa və Müstəqil Azərbaycana aid şeirlər söyləmişlər. Tədbir konsert proqramı ilə davam etmişdi. Sonda  tədbir folklor klubunun bədii özfəaliyyət  kollektivinin  konsert proqramı  ilə başa çatmışdır.