13.12.2024
13.12.2024-cü il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Nə? Nə zaman? Harada? adlı "İntellektual oyun" keçirilib.
Oyunda hər komandada 6 nəfər olmaqla 6 komanda - Şəki, Qax ,Zaqatala, Balakən, Qəbələ və Oğuz komadaları birincilik uğrunda mübarizə aparıb.
Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən oyunda Qax komandası I yer, Şəki II Qəbələ III, Oğuz IV, Balakən V, Zaqatala VI yeri tutub.
Sonda qalib komandalar Fəxri Fərmanla təltif edilib, xatirə şəkli çəkilib.
Xatırladaq ki, 27-29 noyabr 2024-cü il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət işçiləri arasında rayon daxili intellektual oyun keçirilib. Oyunda fəal iştirak edən komanda üzvləri final mərhələsində öz rayonunu təmsil edib.