Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şərqin səhəri”

25.05.2018

25 May 2018-ci il tarixdə Cəfərabad kənd diyarşünaslıq klubunda  Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə “Şərqin səhəri” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri  giriş sözü ilə məktəbin tarix müəllimi Səbuhi Sadıqov açaraq Azərbaycan Xalq Cumhuriyyətinin tarixi haqqında məlumat verdi. Sonra diyarşünaslıq klubunun  müdiri Həsrət Əmrahov Azərbaycan Xalq Cumhuriyyətinin 23 aylıq müddətdə gördüyü işlər barədə danışdı. Sonra söz musiqiyə verildi. Diyarşünaslıq klubunun bədii özfəaliyyət kollektivinin və Cəfərabad kənd orta məktəbinin şagirdləri tərəfindən Azərbaycana həsr olunmuş şeirlər söyləndi, mahnı və rəqslər ifa edildi.