01.12.2024
30 noyabr 2024-cü il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə "Şimalda Kino Günləri" layihəsi çərçivəsində film nümayişləri həyata keçirilib.
Tamaşaçılar layihə çərçivəsində rejissor Mirsadıq Ağazadənin tammetrajlı bədii filminə baxıblar.
Qax rayon Heydər Əliyev Mərkəzində baş tutan film nümayişində Qax rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə "Eviniz abad"filminin rejissoru Mirsadıq Ağazadə baxışdan sonra filmin müzakirəsi zamanı tamaşaçıların fikirlərini dinləyib və onların suallarını cavablandırıb.