04.10.2024
04 oktyabr 2024-cü il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət gösdərən İsmayıl bəy Qutqaşınlı adına Qəbələ Xalq Teatrının dram dərnəyinin üzvləri və Qəbələ rayon 1 saylı klub tərəfindən Qəbələ rayon Mədəniyyət Mərkəzində "Səhnəmizin balaca ulduzları" adlı tamaşa nümayiş olunub.
Tamaşanın keçirilməsində əsas məqsəd Xalq Teatrının inkişafına təkan vermək, gənc aktyorları teatrın səhnəsinə cəlb etmək olub.
Tədbirdə Molla Nəsrəddin satirik film motivləri əsasında həmçinin Nizami Gəncəvinin "Kərpickəsən kişinin dastanı" adlı səhnəciklər nümayiş olunub.Tamaşanın təşkilatçısı, dram dərnəyinin rəhbəri Nihad Cəlilzadə çıxış edərək bildirib ki, teatrın inkişafında gənc aktyorların müstəsna rolu var.
Tamaşanın sonunda İ.B.Qutqaşınlı adına Qəbələ Xalq teatrının rejissor, aktyor heyəti gənc aktyorları təbrik edib, onlara irad və məsləhətlərini bildiriblər.
Daha sonra iştirakçılar Qəbələ rayon Mədəniyyət Mərkəzi adından Fəxri Fərmanla təltif olunublar.