Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 sentyabr Milli Musiqi Günü münasibətilə film nümayişi keçirilib

19.09.2024

Bu gün müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, milli bəstəkarlıq məktəbinin təməlini qoymuş, Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin (1938-1948) anadan olmasının 139 ili tamam olur. 18 sentyabr, həmçinin dahi bəstəkarın şərəfinə Milli Musiqi Günü kimi qeyd edilir. 

 

Bu münasibətlə, 18.09.2024-cü il tarixində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tərəfindən Şəki, Zaqatala, Qəbələ, Balakən, Qax, Oğuz rayonlarında silsilə tədbirlər həyata keçirilib.

 

Tədbirdə çıxış edənlər dahi bəstəkarın misilsiz sənət yolundan, Azərbaycan musiqisinə verdiyi tövhələrdən bəhs ediblər. Həmçinin, tədbirdə "Arşın mal alan" filmi nümayiş olunub.

 

Xatırladaq ki, 1995-ci il sentyabrın 18-də Ulu öndər Heydər Əliyev Üzeyir Hacıbəylinin “Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq və böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm etdirmək məqsədilə” hər il bu tarixin “Üzeyir musiqi günü” kimi qeyd olunması haqqında fərman imzalayıb.