06.07.2024
İyulun 6-da Şəkidə “Şəhər Günü” münasibətilə bayram tədbiri keçirilib.
Yuxarı Karvansaray kompleksində keçirilən tədbir, Şəki Folklor ansamblının, Qaxingiloy kənd mədəniyyət evinin "Şvitkatso" xalq xoru və "İmedi" rəqs qrupunun rəngarəng çıxışları ilə yadda qalıb.
Tədbirin sonunda , Şəki şəhərinin mədəniyyət və idman sahəsində üstün xidmətlərinə görə birsıra şəxslər təltif ediliblər.
Qeyd edək ki, Şəki İpək Yolu" XIII Beynəlxalq Musiqi Festivalı davam edir. Belə ki, axşam saat 18:00-da "AzAbrau-Şəki Şərab MMC" də, Hindinstandan gələn "Bhanqra" rəqs qrupunun çıxışları ilə davam edəcək.