Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cavanşir Cəfərov: Çövkən yarışlarında rəqabət daha da artıb

19.12.2017

Şəki Atçılıq Turizm Mərkəzində 2006-cı ildən etibarən keçirilən Prezident Kuboku uğrunda çövkən yarışları xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması və dirçəldilməsinə xidmət edir. Bu yarışların keçirilməsi artıq ənənə şəklini alıb. Çövkən oyununun Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsindən sonra bu yarışlara maraq daha da artıb.

Bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Cavanşir Cəfərov Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

Nazirliyin nümayəndəsi bildirib ki, yerlərdə regional mədəniyyət və turizm idarələri yaradıldıqdan sonra çövkən yarışlarının formatında müəyyən dəyişikliklər edilib. Belə ki, regional idarələr artıq bu yarışlarda yığma komandalarla təmsil olunurlar. Komandaların tərkibinə regional idarənin əhatə etdiyi rayonlardan seçilmiş ən yaxşı oyunçular daxil edilib. Beləliklə, komandaların peşəkarlıq səviyyəsi daha da artıb, rəqabət güclənib. Şəkidə keçirilən Prezident Kuboku uğrunda növbəti çövkən yarışlarındakı gərgin mübarizə də bunu təsdiqləyir.