Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu üzrə imtahanlar yekunlaşıb

24.06.2024

Şəki-Zaqala Regional Mədəniyyət İdarəsi tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin növbəti imtahan mərhələsi başa çatıb.20-30 iyun tarixlərini əhatə edən imtahan mərhələsi regionda 23 iyun tarixində yekunlaşıb.

Bu il vətəndaşların rahatlığı üçün ilk dəfə olaraq imtahanlar mərkəzləşdirilmiş şəkildə həyata keçirilib. Region üzrə bu il ümumilikdə müraciət edən  972 nəfər şagirddən  874 nəfəri iştirak edib.

İyunun 20-dən başlayaraq ilk dəfə vahid elektron qəbul sistemi ilə qeydiyyatdan keçmiş namizədlər əyani şəkildə reallaşan qəbul imtahanlarında iştirak ediblər.

Qeyd edək ki, imtahanın nəticəsi barədə bütün imtahanlar yekunlaşdıqdan sonra 3 (üç) iş günü ərzində şəxsi kabinet, elektron poçt və ya SMS məlumatlandırma xidməti vasitəsilə namizədə (18 yaşa çatmayanların valideyninə və ya qanuni nümayəndəsinə) bildiriş göndəriləcək.