Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xalqın Mədəni Sərvəti” layihəsi görkəmli bəstəkar Süleyman Ələsgərova həsr olunacaq

15.04.2024

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyası, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şəki-Zaqatala, Şirvan-Salyan, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə növbəti dəfə 15 -20 aprel tarixlərində  "Xalqın mədəni sərvəti" layihəsini təqdim edəcək. 
 Layihə görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatlı, "Şərəf nişanı" ordenli, "Şöhrət" ordenli Süleyman Ələsgərovun 100 illiyinə həsr olunacaq.