Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Heydər Əlyev Mərkəzi və S.Vurğun adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ədəbi-bədii tədbir keçirilib

04.04.2024

04.04.2024-cü il tarixində Qax rayon Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri böyük zəfərə gedən yolun başlanğıcıdır” adlı ədəbi-bədii tədbir keçirildi. Tədbir Qax rayon Heydər Əlyev Mərkəzi və S.Vurğun adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Vətən Müharibəsi qaziləri ilə yanaşı, rayon məktəblərinin müəllim və şagird kollektivləri də iştirak edib. Aprel döyüşlərində qazanılan qələbəyə həsr olunan konsert proqramının sonunda döyüşlərin tarixindən bəhs edən sənədli film nümayiş etdirilib.