03.11.2023
Qax rayon Qum kənd sənətkarlıq evi və Qum kənd kitabxanasının əməkdaşları 19 sentyabr antiterror əməliyyatı zamanı yaralanan əsgər Məmmədov Həsən Murad oğlunun evinin qonağı olublar.
Görüş zamanı Məmmədov Həsən qeyd edib ki, cəmi 24 saat davam edən və qələbə ilə başa çatan bu antiterror əməliyyatında Azərbaycan hərbçisi düşmənə layiqli cavab verdi.Həmsöhbət olduqları döyüşçü yaralansa da, tez bir zamanda sağalıb yenidən xidmət etdiyi N saylı hərbi hissəyə geri dönəcəyini əlavə edib.
Məmmədov Həsən və onun kimi igid Azərbaycan oğullarımızla qürur duyuruq.
Allah rəşadətli Azərbaycan Ordusunu qorusun, yaşasın müstəqil və bütöv Azərbaycan!