Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki rayonu Yeni Çələbixan qəsəbəsində ”Xocalı, azadlığın mübarək!” adlı tədbir keçirildi.

24.10.2023

Oktyabrın 23-də Şəki rayonu Yeni Çələbixan qəsəbəsində yerləşən Şuşa rayon Saribaba kənd Mədəniyyət evində MİHİ-nin Şəki rayon komitəsinin dəstəyi ilə Şəki 3 nömrəli Uşaq Musiqi Məktəbinin bir qrup müəllimləri Laçın, Ağdam ,Kəlbəcər və Xocalı sakinlərinin qonağı olub, Xocalı 3 nömrəli tam orta məktəbinin hazırladığı "Xocalı, azadlığın mübarək!" adlı tədbirə musiqi tövhəsi bəxş ediblər.

Tədbirdə çıxış edənlərin hər biri Vətən torpaqlarımızın düşməndən azad olunmasına görə Ali Baş komandan cənab İlham Əliyevə və müzəffər ordumuza dərin təşəkkürlərini bildiriblər.