Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunda şəhidlərin əziz xatirəsinə həsr olunan tədbir təşkil edildi.

18.10.2023

Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində "Vətənin bütövlüyü naminə arzuları yarımçıq qalmış Vətən Adamlar, sizləri unutmayacağıq" adlı şəhidlərimizin əziz xatirəsinə həsr olunan xatirə gecəsi keçirilib.

Tədbirdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,mövzu ətrafında çıxış və məruzələr dinlənilib. 

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova vurğulayıb ki, Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini hər zaman yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaqdır.

Allah şəhidlərimizə rəhmət eyləsin!