Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhərində Məmməd Arazın 90 illiyinə həsr olunmuş tədbir keçirildi.

17.10.2023

Oktyabrın 17-də Mirzə Fətəli Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “Yaradıcı payız" layihəsi çərçivəsində keçirilmiş silsilə tədbirləri nəzərə alaraq Azərbaycanın xalq şairi Məmməd Arazın 90 illiyinə həsr olunmuş “Dünənimə qaytar məni" mövzusunda ədəbi-bədii axşam keçirilib. 

Tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin əməkdaşları, MİHİ-nin Şəki Rayon Komitəsinin sədri Nəzakət Əliyeva, kitabxana işçiləri, Şəki yazıçıları və şairləri iştirak edib.

 Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla anılıb. 

Ədəbi-bədii gecədə xalq şairi Məmməd Arazın həyat və yaradıcılığı haqqında tamaşaçılara geniş məlumat verilərək, ədibin həyat və yaradıcılığını əks etdirən videosujet nümayiş olunub. “Səbuhi” instrumental ansamblının müşayəti ilə müğənnilər İdris İdrisov, Zabil Məmmədov, Sadiq Hüseynov, Elnur Sadıqov və Sərdar Yunusov şairin şeirlərinə bəstələnmiş maraqlı musiqilər səsləndirib. Tamaşaçılara xoş anlar bəxş olunub. Bədii qiraətçi Dilbər Yaqubovanın maraqlı çıxışı hər kəs tərəfindən alqışları ilə qarşılanıb. Qonaq qismində dəvət almış şair Musa Həşimov çıxışında tədbirin təşkilatçılarına minnətdarlıq bildirerək qeyd edib ki, bu səpkidə tədbirlərin keçirilməsi vacibdir. Baltalı kənd Diyarşünaslıq klubunun bədii özfəaliyyət kollektivinin üzvü Zərda Pənahova şairin “Azərbaycan dünyam mənim” şeirini səsləndirib.