Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalada ”Yaradıcı payız” layihəsinə əsasən yazıçılarla görüş keçirildi.

11.10.2023

Zaqatala rayon N.Gəncəvi adına Mərkəzi Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin başlatdığı "Yaradıcı payız" adlı layihəyə əsasən yazarlarla görüş təşkil edilib. Görüşdə şair, yazıçılar, o cümlədən rayon ziyalıları iştirak edib.

Tədbir ilk öncə Vətən müharibəsində canından keçərək, şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Sonra tədbirdə iştirak edən Məhəmməd Şabanoğlu, Gülniyar Məmmədova, Şakir İbrahimli və Şükufə Göyçəli çıxış edərək, iştirakçılara "Yaradıcı payız" layihəsinin məqsəd və vacibliyi haqqında fikirlərini bölüşərək, şeir nümunələrini tədbir iştirakçılarına ifa ediblər. 

Sonda "Payız lövhələri" adlı videosujet tədbir iştirakçılarına nümayiş olunub.