18.08.2023
Avqustun 18-də Zaqatala rayon Nizami Gəncəvi adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə görkəmli dilçi alim, professor Əhməd Mahmudovun anadan olmasının 110 illiyinə həsr olunmuş “Azərbaycan dilçiliyi səlnaməsində silinməz imza” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan dilçiliyinin bugünkü kamillik səviyyəsinə çatmasinda əməyi olan dilçi alimlərin xidmətlərindən danışıblar.
Daha sonra pedaqoji elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Həşim İsmayılov da “Azərbaycan dilçiliyi səlnaməsində silinməz imza” adlı məruzəsi ilə görkəmli dilçi alim, professor Əhməd Mahmudovun elmi yaradıcılığı və həyatı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirin sonunda “Əhməd Mahmudov-110” adlı videoçarx nümayiş olunub.