Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayonunda görmə imkanları məhdud şəxslərə səyyar kitabxana xidmət göstərildi.

14.08.2023

Avqustun 14-də Balakən rayon MKS-nin Mahamalar kənd kitabxana filialı kənd sakinləri, 1-ci qrup gözdən əlil Osmanov Labazan Mahama oğlu və nəvəsi 2-ci qrup əlil Quliyeva Leyla Kamil qızına səyyar kitabxana xidməti göstərib. Hər iki şəxsə kitabxanada olan "Bunları bilmək maraqlıdır", "Qaraçı qız" və bir neçə disk istifadə üçün verilib.

Qeyd edək ki, həmin disklər kompüterdə həm qulaqcıq vasitəsilə dinlənilir, həm də səssiz film şəklində nümayiş etdirilir.