Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhərində cari ilin iyul ayında görüləcək işlərlə bağlı seminar-müşavirə keçirildi.

25.06.2023

İyunun 24-də Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində regional idarənin əməkdaşları və müəssisə rəhbərlərinin iştirakı ilə cari ilin iyul ayında görüləcək işlərlə bağlı seminar-müşavirə keçirilib.

Şəki Regional Mədəniyyət İdarəsinin  iştirakı ilə  keçirilən seminar-müşavirədə mədəniyyət müəssisələri qarşısında duran vəzifələr, cari məsələlər və gələcək planlar geniş müzakirə edilib.
Seminarda çıxış edənlər cari ilin iyul ayı ərzində mədəniyyət işçilərinin üzərinə düşən vəzifələrdən və əmək funksiyalarından geniş söz açıb, işçilərin işə davamiyyəti və kargüzarlıq məsələlərinə toxunublar.
Region rəisi vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Aqaəli Cəlilov isə çıxışında bütün mədəniyyət müəssisələrinin dövrün tələblərinə uyğun fəaliyyət qurmaqlarının önəmini xüsusilə vurğulayıb. Eyni zamanda   müxtəlif səpkili tədbirlərin keçirilməsi ilə bağlı  müvafiq tapşırıqlar verib.