24.06.2023
İyunun 24-də Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Zaqatala rayon Heydər Əliyev Mərkəzində Zaqatala Heydər Əliyev Mərkəizinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı dəyirmi masa təşkil edilib.
Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil işçiləri, fəal məktəblilər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş olunub.