Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki rayonunda ”Yenilməz ordumuz” adlı tədbir keçirildi.

24.06.2023

İyunun 23-də Şəki Mərkəzi Kitabxana Sisteminin 35 nömrəli Cəfərabad kənd kitabxana filialının, Cəfərabad kənd Diyarşünaslıq klubu və Şəki şəhər 2 nömrəli Peşə məktəbi ilə birlikdə 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə "Yenilməz Ordumuz" adlı dəyirmi masa təşkil edib.

Tədbirdə Azərbaycan dövlətinin Silahlı Qüvvələrinin yaranma tarixi haqqında geniş məlumat verilib. Həmçinin ordumuzun 44 günlük Vətən müharibəsi dövründə göstərdiyi qəhrəmanlıq və Ali Baş Komandan İlham Əliyevin həmin dövrdəki uğurlu daxili və xarici siyasəti ətraflı vurğulanıb.