Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda ”Tarix yazan qəhrəman” adlı tədbir keçirildi

05.06.2023

Qax rayon Qaşqaçay və Armudlu kənd kitabxanası,Qaşqaçay kənd folklor evinin birgə təşkilatçılığı ilə "Tarix yazan qəhrəman" adlı tədbir keçirilib. Tədbir Azərbaycanın Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimovun 50 illik yubileyinə həsr olunub.
Çıxışlarda qeyd olunub ki, 1973-cü il iyunun 15-də Qax rayonunun Qaşqaçay kəndində anadan olan C.Rəhimov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə düşmənə sarsıdıcı zərbələrin vurulmasında igidliyi, şücaətləri ilə seçilib. O, 1992-ci ilin avqustun 6-da hərbi vertolyotla erməni mövqelərinin məhv edilməsi zamanı qəhrəmancasına həlak olub.
Tədbirdə Milli Qəhrəmanın həyatı və şərəfli döyüş yolundan, şücaətlərindən bəhs olunub. Çıxış edənlər onun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulayıblar.