30.05.2023
Balakən rayon Tarix-diyarşünaslıq Muzeyi tarix dərslərinin müvafiq bölmələrinin şagirdlərə əyani eksponatların təqdimatı ilə keçirilməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Balakən rayon üzrə müvafiq yerli strukturu ilə əməkdaşlıq etməkdə davam edir.
Belə ki, 30 may 2023 - cü il tarixdə rayon Nizami adına 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdlərinə tarix müəllimi Altay Məmmədov proqramdakı növbəti dərs saatını Balakən rayon Tarix-diyarşünaslıq Muzeyində tədris edərək muzeydəki tarixi eksponatlarla bağlı şagirdlərə geniş məlumat verib.