Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə mədəni-maarif müəssisələrinin növbəti seminar-müşavirəsi keçirildi.

27.05.2023

 

Mayın 27-də M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində Şəkidə yerləşən mədəni-maarif müəssisələrinin növbəti seminar-müşavirəsi keçirilib.
Seminar-müşavirədə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Aqaəli Cəlilov, idarənin məsləhətçiləri, mədəni-maarif müəssisələrinin rəhbərləri iştirak edib. Müşavirədə regional idarənin məsləhətçisi Xatirə Səlimli uşaq incəsənət məktəblərinin müsabiqələrdə iştirakı  mövzusunda, məsləhətçi Ülkər Mahmudova  15 iyun Qurtuluş Günü  haqqında çıxış edərək bu istiqamətdə keçiriləcək tədbirlərdən və regional idarənin məsləhətçisi Elvin Qarayev 26 iyun Silahlı qüvvələr günü  haqqında məlumat verərək keçiriləcək tədbirlər, kadrlar üzrə mütəxəssis Dilbazi İsmayılova yeni təyinatlar və Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Şəmsiyyət Əsgərova isə  məktəbin son dövrlərdəki uğurlu fəaliyyəti haqqında  çıxış ediblər.
Regionun rəisi vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Aqaəli Cəlilov 1 iyun Usaqların beynəlxalq müdafiəsi günü münasibətilə çıxış edərək, cari ilin sonrakı ayı  üçün  müəssisələrə öz tapşırıqlarını verib.