Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayonunda ”Əsrlərə bərabər fəxarətli günümüz” adlı konsert proqramı keçirildi.

27.05.2023

 

Mayın 26-da Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında rayon Mədəniyyət Mərkəzi tərəfindən 28 may Müstəqillik gününə həsr edilmiş "Əsrlərə bərabər fəxarətli günümüz" adlı konsert proqramı təşkil edilib.
Tədbir iştirakçılarına Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış şer kompozisiya, "Cahan" avar xalq kollektivinin, "Nanaybi" ingiloy və "Fidanlar" rəqs qrupunun çıxışları, müğənnilərimizin ifasında səslənən vətənpərvərlik mövzusunda mahnılar təqdim olunub. 
Rayon əhalisi böyük coşqu ilə bayramı qeyd ediblər.