24.05.2023
Mayın 24-də Balakən rayon Gərəkli kəndində narkomaniyaya qarşı mübarizə ilə bağlı Balakən rayon İcra Hakimiyyəti, Mədəniyyət Mərkəzi və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Pakizə Hüseynova və Mirzəağa Məmmədovun ssenarisi əsasında səhnələşdirilmiş “Külə dönmüş arzular” adlı tamaşa nümayiş olunub. Mədəniyyət Mərkəzinin işçisi Bakeyeva Zöhrənin quruluş verdiyi tamaşada rayon mədəniyyət işçiləri, Mədəniyyət Mərkəzinin könüllüləri, A.Novruzov adına Balakən rayon Humanitar və Texniki təmayüllü liseyin şagirdləri rol alıblar.
Tamaşadan əvvəl Balakən Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Dibirov Turan əsrin bəlası olan narkomaniya haqqında geniş məlumat verib.
Mədəniyyət Mərkəzinin əməkdaşı Zöhrə Bakayevaın quruluş verdiyi tamaşada rol alan rayon mədəniyyət işçiləri, mədəniyyət mərkəzinin könüllüləri, A.Novruzov adına Balakən rayon Humanitar və texniki təmayüllü liseyin şagirdlərinin canlandırdığı obrazlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.