Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda dərnək üzvləri üçün mühazirə saatı keçirildi.

22.05.2023

2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar Qax rayon Heydər Əliyev Mərkəzində, mərkəzin əməkdaşı Nigar Heydərova tərəfindən Qax UGİM-in dərnək üzvləri üçün "Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir" adlı mühazirə saatı keçirib. 
Mühazirədən sonra tədbir iştirakçıları Ulu Öndərin dərin, məzmunlu həyat və fəaliyyət illəri haqqında olan ekspozisiya ilə tanış olublar.