Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda ”İncəsənətimizin bəzəyi-rəqs” adlı ədəbi-bədii tədbir keçirildi.

28.04.2023

 

Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan "İncəsənətimizin bəzəyi-rəqs" adlı keçirilən ədəbi-bədii gecədə Azərbaycan milli rəqslərini böyük məharətlə ifa edən Qax rayon "Buta"rəqs kollektivi, "İmedi" "Təbəssüm ", "Samur", "Pesvebi" rəqs kollektivlərinin rəngarəng çıxışları tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

 Hər xalqın özünəməxsus rəqs mədəniyyəti olduğu kimi, Azərbaycanın da milli rəqsləri qədim köklərə bağlanaraq,özündə zəngin tarix yaradıb.Azərbaycan xalq rəqsləri də olduqca rəngarəngdir.

Dünyanın bir çox ölkələrində rəqs sənətinin tarixinə,onun yaşadılmasına böyük önəm verilir. Hər il 29 aprel "Beynəxalq Rəqs günü" kimi qeyd olunması buna sübutdur. 

Ədəbi-bədii gecə "Cıdır düzü"kompozisiyası ilə başa çatıb