Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda oftalmoloq-alim Zərifə Əliyevanın 100 illiyinə həsr olunan tədbir keçirildi.

25.04.2023

Qax rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.

Tədbir Qax rayon Heydər Əliyev Mərkəzi və Qax şəhər 2 saylı orta məktəb-liseyin müəllim və şagird kollektivindən ibarət geniş auditoriyanın iştirakıyla baş tutub.

Tədbirdə Zərifə Əliyeva haqqında məruzələr dinlənilmiş, həkimlik peşəsini vicdanla yerinə yetirilməsindən,oftalmoloq-alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunularaq onun öz həmvətənlərinin necə qayğısına qaldığını, humanist insan olduğunu diqqətlərə çatdırılıb.