Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Mədəniyyət Mərkəzində baxış müsabiqəsi keçirildi.

07.04.2023

Zaqatala rayon Mədəniyyət Mərkəzində 2023-cü il Ulu öndər "Heydər Əliyev ili" ilə əlaqədar silsilə tədbirlər sırasında  “Azərbaycan səslənir sənin adın gələndə” başlığı altında şeir,mahnı, rəsm və məqalə üzrə baxış müsabiqə keçirilib.

Müsabiqədə Mədəniyyət Mərkəzi və filiallarının həvəskarları Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirmiş, məqalələrlə çıxış etmiş, rəsm əsərlərinin nümayişini təşkil ediblər. Baxış müsabiqənin sonunda müsabiqədə fərqlənənlər və digər iştirakçılar Mədəniyyət Mərkəzi tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.