Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda mühazirə təşkil olunub.

04.04.2023

Aprelin 18-də Şəki şəhər 17 nömrəli tam orta məktəbdə keçirilən mühazirədə mərkəzin bələdçisi bildirib ki, müasir Azərbaycan dövlətinin ötən illər ərzində ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatının bütün sahə və istiqamətləri üzrə dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Ümummilli Liderimiz xalqımızı tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır.

Həmçinin qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşən rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızı işğaldan azad etməsi ilə Azərbaycanın milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşadığını vurğulayıb.

Daha sonra şagirdlər Ulu Öndərin xatirəsinə həsr olunmuş sənədli filmə tamaşa ediblər.

Sonda mərkəzin əməkdaşları məktəb rəhbərliyinə öz təşəkkürünü bildirərək, şagirdlərə gələcək həyatlarında uğurlar arzulayıblar.