Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayonunda məktəblilərlə ”Aprel döyüşləri-tariximizin şanlı səhifəsidir” başlığı altında mühazirə keçirildi.

04.04.2023


Balakən rayon Qullar kənd Sənətkarlıq evinin təşkilatçılığı ilə Qullar kənd 3 saylı orta məktəbdə "Aprel döyüşləri-tariximizin şanlı səhifəsidir" başlığı altında mühazirə keçirilib.
İlk öncə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə edilmiş çıxışlarda aprel döyüşlərinin tariximizin şanlı və şərəfli səhifəsi olduğu, ordumuzun zabit və əsgərlərinin böyük hünər və rəşadət göstərdiyi və qəhrəmanlıqları ilə tarix yazıldığı vurğulanıb.