Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayonunda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş intellektual oyun təşkil edildi.

04.04.2023

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə gənclər arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş "Breyn Rinq" intellektual oyunu keçirilib. Oyunda AİU-nin Zaqatala filialının "Alfa" və "Betta" komandaları, İdarəetmə və texnologiya kollecinin "Lider" komandası, Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Skeptistlər" komandası iştirak edib. Oyunun qalibi Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənclərindən ibarət "Skeptistlər" komandasi olub.

Sonda qaliblər fəxri fərmanlarla mükafatlandırılıb.