Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki rayonunda 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş ”Yaddaş” mövzusunda mühazirə keçirildi.

31.03.2023


M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kiçik Dəhnə kənd Diyarşünaslıq klubunda Şəki MKS-nin 19 saylı kitabxana filialı ilə birgə 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş "Yaddaş" mövzusunda mühazirə keçirilib.
Tədbirdə Dəhnə Hazırlıq Mərkəzinin şagirdləri iştirak edib. Əvvəlcə Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra klubun müdiri Sadiq Hüseynov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanlıların soyqırımı haqqında 26 mart 1998- ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında sərəncam imzalayıb.Həmin tarixdən 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.
Kitabxana müdiri Aybəniz Cabbarova və Diyarşünaslıq klubunun mədəni təşkilatçısı Gülcöhrə Hacıəliyeva çıxış edərək bildiriblər ki, erməni silahlı dəstələrinin Zəngəzur qəzasında 115 Azərbaycanlı kəndini və həmin ərazidə günahsız insanların qətlə yetirilməsindən danışıb.