Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunda ”Heydər Əliyev Azərbaycanda dövlət-qadın siyasətinin banisidir” adlı tədbir keçirildi.

09.03.2023

Qax rayon Heydər Əliyev Mərkəzində " Heydər Əliyev Azərbaycanda dövlət- qadın siyasətinin müəllifi- banisidir" adlı tədbir keçirilib.
Tədbir Vətən uğrunda canlarından keçən qəhrəman oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şəhid ailələri və Qax rayonunun fəal qadınlarından ibarət geniş auditoriyanın iştirakı ilə baş tutan tədbirdə iştirakçılar mövzu ətrafında müzakirələr edib, Azərbaycan qadınlarını təbrik edib, ən xoş arzularını çatdırıblar.     
Sonda ulu öndər Heydər Əliyevin Azərbaycan qadınları haqqındakı nitqindən ibarət videoçarx nümayiş olunub.