Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakəndə ”Gender bərabərliyi,qadın zorakılığı və məişət zorakılığı” adlı dəyirmi masa keçirildi.

03.03.2023

Balakən rayon Mərkəzi Kitabxana Sisteminin Mazımçay kənd kitabxana filialı Heydər Əliyev Mərkəzində "Gender bərabərliyi,qadın zorakılığı və məişət zorakılığı" adlı dəyirmi masa keçirib.

Tədbirdə mərkəzin əməkdaşları, kariyera mərkəzinin əməkdaşı və fəal gəncləri iştrak edib.

Kitabxananın filial müdiri Səbinə Eminayeva bildirib ki, Qadınlara qarşı zorakılıq problemi müxtəlif vəziyyətlərdə dünyanın bütün ölkələrində mövcuddur. Bütün dövrlərdə qadınlar fiziki, psixoloji, iqtisadi və hüquqi zorakılığa məruz qalır.