Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakəndə ”Xocalı soyqırımını unutmadıq” adlı tədbir keçirildi.

25.02.2023

Balakən şəhər Uşaq İncəsənət Məktəbində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş  "Xocalı soyqırımını unutmadıq" adlı anım tədbiri keçirilib.
Tədbirdə Xocalı soyqırımından bəhs edilən film nümayiş olunub. Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.

Tədbirin sonunda Rəssamlıq şöbəsinin şagirdlərinin soyqırımla bağlı rəsm əsərlərinin sərgisinə baxış keçirilib.